Müharibənin 8-ci günü- Əli Məhərrəmli yazır...

Ukrayna prezidenti bu müharibənin "Vətən Müharibəsi" olduğunu bəyan edib. Rusiya Xarkovu Suriyanın Rakka şəhərindən pis günə qoyub, digər şəhərlərdə də müharibə cinayətləri törətməkdə davam edir. Ukrayna ordusu bəzi mövqeləri geri qaytarsa da, Xerson şəhərini tamamilə itirdi. Şəhər əhalisinin rus birliklərinə müqaviməti davam edir. Rusiya-Ukrayna danışıqları bu gün davam edəcək.

Avropada genişmiqyaslı eskalasiya riskləri yüksəlir. Rumınyada qeyri-müəyyən səbəblərdən baş verən iki aviaqəzanın ardınca İsveç bəyan edib ki, 4 rus qırıcısı ölkənin hava məkanını pozub. ABŞ-dəniz piyadaları Kiyevdə görünüb. Ukraynada hər bir rus əsgərini məhv edənə və yaralayana 300 USD pul verirlər. Bundan sonra millət sezona işləməyə Ukraynaya gedəcək. Qaqa gedim sezona bir 50 rus əsgəri öldürüm qayıdıb evin krişasını, polunu vurduraram.

BMT Rusiyadan qoşunlarını geri çəkməyi tələb edən qətnamə qəbul edib. Türkiyə Rusiyanın əleyhinə səs verib, Ermənistan bitərəf qalıb, Azərbaycan isə iclasda iştirak etməyib. Rusiyaya cəmi 4 ölkə dəstək olub: (Belarus, Suriya, Şimali Koreya, Eritreya).Bu Eritreya hardadır? Dünya ilə dərdi nədir? Qarnının ağrısı nədir bilən var? Britaniyanın Azərbaycandakı səfiri bildirib ki, Azərbaycan Rusiyanı dəstəkləyib eləmir. Yəni Azərbaycana sanksiya söhbəti bir ermənipərəst deputatın cəfəngiyyatıdır, dincəlin. Siz elə bilirsiniz Britaniya Parlamentində hamısı ağıllıdır? Orada  tahirlər, siyavuşlar yoxdur?

Rusiya 498 canlı qüvvə itirdiyini, 1597 yaralını etiraf edib. Zelenski isə deyir ki, 9 min rus hərbçisi məhv edilib. Bizim qocaman bir professor vardı. Deyirdi ki, narkomaniya, əxlaqsızlıq, cinayətkarlıq, bir də müharibədəki itkilər barədə açıqlanan statistikanı öz beyninizdə 10-a vurun. Real rəqəmi tapacaqsınız. Elə 500 rus meyitinin şəklini mən paylaşmışm, bə yerdə qalanları?!  Sabahdan isə Rusiyada hərbi vəziyyət elan olunacaq. 

Dünyanın 38 ölkəsi Rusiyanın Ukraynaya vəhşicəsinə hücum və işğalı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Tribunalı) indiyə qədərki ən böyük müraciət edib. Boris Consin deyib ki, Putinin cinayətləri cəzasız qalmayacaq. Nurumberg is coming...

Toyotanın ardınca Mersedes də Rusiyadakı zavodunu bağlayıb. Aparıb milyardlarla investisiyanı vaxtilə aqressor dövlətlərin iqtisadiyyatına yatıranda belə olur. Gül kimi vaxtında gətirib tikərdiniz Toyotanın zavodunu Kürdəmirdə, Mersedesin zavodunu Yevlaxda zadda. İndi hamımız 99 illik kreditlə alınan Land-Cruiserlə, Gallenvagenlə taksovatlıq edərdik. Bu second hand Priusları görəndə elə bil Tosu Zəngilanskini görürəm...

Bu soxasoxda Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Deyəsən baş verən proseslərin davamı olaraq regionda yaranacaq yeni reallıqlardan qarınlarına sancı dolub, tələm-tələsik razılaşıblar. Deyəsən Xankəndi, Xocalı, Xocavəndd coming soon??? Yaşayarıq görərik. İmkan versələr yaşayarıq. Buna yaşayış demək mümkündürsə...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31