Rüstəm İbrahimbəyovun siyasi ambisiyaya düşməməsi
Əli Oruclu: “Milli Şurada təmsil olunan digər tərəfləri qane edən faktordu”
14 İyun 2013 18:06 SiyasətMilli Şuranın sədri Rüstəm İbrahimbəyov "BBC"-nin Rusiya xidmətinə verdiyi müsahibədə siyasətlə məşğul olmaq həvəsində olmadığını diqqətə çatdırıb. Milli Şura sədri onu da bildirib ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı onun prezidentliyinə namizədliyini dəstəkləməkdən imtina edib. Məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Rüstəm İbrahimbəyovun siyasətlə məşğul olmaq həvəsində görünməməsi və siyasi ambisiyaya düşməməsi Milli Şurada təmsil olunan digər tərəfləri qane edəcək faktordur: "Yəqin ki, Rüstəm İbrahimbəyov bu fikirləri səsləndirərkən peşəkar siyasətlə məşğul olmayacağını bildirib. Milli Şuranın da mətbuata yaydığı sənədlərdə aydın görünür ki, Rüstəm İbrahimbəyov keçid dövrü üçün prezident vəzifəsini yerinə yetirəcək. Təbii ki, əgər o, Milli Şuranın vahid namizədi kimi seçkilərə qatılıb qalib gələ bilsə".