Ukrayna Rusiya ilə bugünkü danışıqlara qatılacaqmı? – Rəsmi açıqlama

"Biz danışıqlara, diplomatiyaya hazırıq. Lakin heç bir halda Rusiyanın hər hansı ultimatumunu qəbul etməyə hazır deyilik".

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. XİN rəhbəri bildirib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya ilə yeni danışıqların nə vaxt aparılacağı məlum deyil: "Rusiya tərəfinin tələbləri Putinin müharibədən əvvəlki müraciətində səsləndirdiyi tələblərdir. Rusiyanın ultimatumlarını qəbul etməyəcəyik. Yeni danışıqların vaxtı isə hazırda məlum deyil".

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç isə bildirib ki, danışıqların ikinci mərhələsi bu gün baş tutacaq, nümayəndə heyətləri eyni tərkibdə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31