"Vətəndaşların təxliyəsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir"

Aldığımız məlumata görə, bir qədər öncə Kiyevdən Moldova istiqamətinə daha bir qatar yola düşüb. Həmin qatarda təxliyə üçün 100 dən çox Azərbaycan vətəndaşı da var.

Olaylar.az  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, vətəndaşların təxliyə edilməsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və bundan sonra da təxliyyə tədbiləri davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31