Spiker Antalya Diplomatiya Forumunda iştirak edəcək
2 Mart 2022 11:54 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Antalya Diplomatiya Forumunda iştirak edəcək. "Olaylar" xəbər verir ki, 11-13 mart tarixlərində keçiriləcək forumda iştirak üçün spikerə dəvət məktubu ünvanlanıb.Spikerin dəvəti qəbul edərək, gələn həftə Türkiyəyə səfər edəcəyi bildirilir.Qeyd edək ki, bu il keçiriləcək "Diplomatiyanın yenidən qurulması" adlı foruma dövlət və hökumət başçıları, nazirlər, siyasətçilər, diplomatlar, iş adamları, akademiklər, beyin mərkəzlərinin üzvləri, gənclər və media nümayəndələri də qatılacaq. Xatırladaq ki, Türkiyə tərəfinin dəvəti ilə forumda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31