“Villalarına, yaxtalarına, təyyarələrinə, hesablarına həbs qoyacağıq” – Bayden Rusiya oliqarxları barədə qərarını açıqladı

"ABŞ Ukrayna xalqı ilə çiyin-çiyinə durub. Prezident Zelenski, siz bütün dünyanı ilhamlandırırsınız".

Olaylar.az bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden ABŞ Konqresi qarşısında çıxışı zamanı bəyan edib.

"Putin əvvələr heç vaxt olmadığı kimi dünyadan təcrid olunub. Müttəfiqilərimizlə birgə biz güclü iqtisadi sanksiyalara əl atmışıq. Mən bu gün Putinə və milyard dollar oğurlamış Rusiya oliqarxlarına bəyan edirəm: Buna nöqtə qoyacağıq! Onların dəbdəbəli apartamentləri, yaxtaları, təyyarələri, hesablarının hamısına həbs qoyacağıq. Bu gündən Rusiyadan olan bütün uçuşları dayandırırıq. Buna görə Putin məsuliyyət daşıyır"-deyə Bayden bildirib.

Bayden bildirib ki, ABŞ Ukraynanın azadlıq mübarizəsini dəstəkləyir. "Söhbət iqtisadi, humanitar və hərbi yardımdan gedir. Bizim ordumuz Ukraynada döyüşməyəcək. Amma ABŞ NATO ərazilərinin hər santimetrini müdafiə edəcək".

"Yaxın günlər ukraynalılar üçün ağır olacaq. Qoy Putin irəliləsin, Ukrayna xalqı 30 illik müstəqilliyini əlindən verməyəcək. Putin Kiyevi öz tankları ilə mühasirəyə ala bilər, amma ukrayna xalqının ürəyinə sahib ola bilməz. Putinə azad dünyanın qətiyyərini sarstımaq nəsib olmayacaq"-deyə ABŞ prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31