Milli Şurada ciddi qarşıdurmalar var
14 İyun 2013 17:13 SiyasətMilli Şura Azərbaycanı ekstremistlər ölkəsinə çevirmək istəyir.Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına açıqlamasında Milli Məclisin üzvü Musa Qasımlı bildirib. Onun sözlərinə görə, müxalifətin birliyi mümkün deyil. "Milli Şuraya qədər də müxalifətin oxşar birlikləri olub. Lakin onların taleləri aydındır - dağılma. Milli Şura da bütün müxaifət üçün birlik nümunəsi deyil", - o əlavə edib. M.Qasımlı onu da bildirib ki, Milli Şuraya daxil olan şəxslərin bir-birlərinə nifrət etmələri sirr deyil. "Bu səbəbdən aydındır ki, Milli Şura uğur qazanmayacaq. Bu məsələ həmin şuranın bəyanatında da öz əksini tapıb. Bəyanatda deyilir ki, onlar 2 ildən sonra seçki keçirəcəklər. Daha doğrusu, Azərbaycanı ekstremistlər ölkəsinə çevirmək istəyirlər. Əgər müxalifətin birliyi olsaydı, onlar tamam fərqli bəyanat imzalayardılar", - o vurğulayıb