“Azərbaycan və dünyanın bugünki iqtisadi, siyasi xəritəsinin stabil qalması Qurtuluş gününün xidmətidir”

Qurtuluş gününün Azərbaycan və xalqı üçün tarixi əhəmiyyəti böyükdür. Onun tarixi önəmi ondan ibarətdir ki, bu günki müstəqil Azərbaycanın qorunub saxlanılması məhz Qurtuluş günü ilə bağlıdır. Əgər 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın istəyilə hakimiyyətə gəlməsəydi, bu gün müstəqil və vahid Azərbaycandan söhbət belə gedə bilməzdi". Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Qurtuluş günü ilə bağlı fikirlərini bildirərkən belə deyib. Aydın Hüseynov hesab edir ki, o dövrdə Azərbaycanın müstəqilliyini istəməyən daxili və xarici qüvvələr hansı məkrli niyyəti həyata keçirmək istəyirdilərsə, həmin plan baş tutacaqdı: "Bunun qarşısını yalnız Heydər Əliyev dühası, siyasəti, diplomatiyası və şəxsiyyəti ala bilərdi. Biz deyəndə ki, Qurtuluş günü Azərbaycanın qurtuluşudur, müstəqil dövlətimizin özünün təsdiqini tapdığı gündür, səhv etmiş olmarıq. Həmin gün bütün dünya xalqları, millətləri üçün bir töhfədir. Heydər Əliyevin Bakıya baş tutan qayıdışı olmasaydı, Cənubi Qafqazda Azərbaycan əleyhinə yaranmış qüvvələr bu qədim ölkəni ən kiçik hissələrə qədər parçalayacaqdılar. Həmun dövrdə Azərbaycanın imperialist qüvvələrin əlinə keçməsi dünya üçün bir sıra təhlükələrə yol aça bilərdi. Dünyanın bu günki iqtisadi və siyasi xəritəsinin stabil qalması Qurtuluş gününün xidmətidir. Əks təqdirdə dünyanın siyasi xəritəsində böyük dəyişikliklər baş verəcəkdi. Dünya tamam başqa məcraya yönələcəkdi. Bu Azərbaycanla yanaşı dünyada vəziyyətin stabilliyi üçün tarixi töhfədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00