“Ərdoğan bir qədər yumşalıb” - MÖVQE
Elxan Şahinoğlu: “Bu addımlardan sonra "Gəzi parkı"ndakı etirazı davam etdirməyə elə bir səbəb qalmayacaq”
14 İyun 2013 14:35 SiyasətƏvvəlki günlərdən fərqli olaraq Ərdoğan bir qədər yumşalmaq üzrədir. Onun 3 addımı da bundan xəbər verir". Politoloq Elxan Şahinoğlu İstanbulda hökumət əleyhinə baş verən aksiyalara münasibət bildirərkən belə deyib. E.Şahinoğlu hesab edir ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın son zamanlarda kütləvi aksiyalar barədə qəbul etdiyi qərarlar öz bəhrəsini verəcək: "Birinci addım - "Gəzi parkı"nın gələcəyini İstanbul və ya parkı əhatə edən bölgədə referendumun nəticəsi müəyyənləşdirəcək. İkinci addım - məhkəmə qərarının nəticəsini gözləyəcək. Baş nazirin üçüncü addımı isə "Gəzi parkı" və bu məsələyə aidiyyatı olan insanları qəbul edib onları dinləməsiydi. Ərdoğan ilk gün "Gəzi parkı"nın yenidənqurulmasına qarşı çıxış edənləri xüsusi qəddarlıqla dağıdanları da cəzalandırsa, vəziyyət bir xeyli sabitləşmiş olacaq. Bu addımlardan sonra "Gəzi parkı"ndakı etirazı davam etdirməyə elə bir səbəb qalmayacaq". ("OLAYLAR" İA)