“Səid Cəlili İranın yeni prezidenti ola bilər”

Qabil Hüseynli: “Mühafizəkarların nümayəndəsinin seçkilərdə qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir”

Bu gün yerli vaxtla saat 08:00-da İranda XI dövr prezident seçkilərində səsvermə başlanıb. Səsvermə 10 saat davam edəcək və 18:00-da başa çatacaq. Zərurət yarandığı təqdirdə səsvermənin vaxtı uzadıla bilər. İranda səsvermə hüququna malik vətəndaşların sayı 50 mln. 483 min 192 nəfərdir. İran vətəndaşları ölkə daxilində 60 min seçki məntəqəsində yaradılmış 130 səsvermə qutusunda səs verəcəklər. Politoloq Qabil Hüseynli İranda keçiriləcək prezident seçkilərində iştirak edəcək hansı namizədin şansının daha yüksək olması məsələsinə münasibət bildirərkən qeyd edib ki, digər namizədlərlə müqayisədə Səid Cəlilinin şansı daha çoxdur: "Çünki, o, ölkənin Ali dini lideri Ayətullah Xamneyinin namizədidir və İranın mühafizəkar qüvvələri tərəfindən dəstəklənir. Mühafizəkarlar isə bütün İranda idarəçiliyə ələ almış əsas qüvvələrdir. Ona görə də onların nümayəndəsinin keçiriləcək seçkilərdə qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00