Öz partiyalarında hörməti olmayanlar başqa dərnəklərdə namizədliklərini verirlər

"Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var". Bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu termindən öz məqsədləri üçün istifadə etməyə çalışanlar var: "Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləmək, namizədliyini vermək hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də "filankəs tutuldu, seçkiyə kölgə düşdü", "göydən daş yağdı, seçkiyə kölgə düşdü" deyərək müxtəlif bəhanələr gətirirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00