“Bəzi xarici qüvvələr sabitliyi pozmağa çalışırlar”
Oqtay Əsədov: “Əminəm ki, onların bu səyləri boşa çıxacaq”
13 İyun 2013 17:15 Siyasət"Azərbaycan hökuməti və Müdafiə Nazirliyi milli kadrlarla gücləndirilməlidir". Bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, hazırda siyasi partiyalar arasında dialoqa ehtiyac var: "Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində çalışan insanlar vaxtilə Gəncədə baş verən qiyamda Ali Baş Komandana dəstək vermədilər və qanuni hakimiyyət devrildi. Həmin şəxslər bu gün də Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışırlar. Bu gün şübhələr var ki, belə bir təhlükə olsa, onlar Ali Baş Komandanı müdafiə edəcəklərmi?!". Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycanda sabitlik var, amma bəzi xarici qüvvələr bu sabitliyi pozmağa çalışırlar: "Əminəm ki, onların bu səyləri boşa çıxacaq".