Milli Şuranın vahid namizədi kim olacaq?

"Milli Şuranın vahid namizədi  yalnız Rüstəm İbrahimbəyov ola bilər. Digər hallarda qurumda təmsil olunan digər partiya sədrlərinin bir-birinə güzəştə getməsi nəzərə olaraq mümkün deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Demokrat .Partiyasının sədri Sərdar Cəlaloğlu səsləndirib. ADP sədri bildirib ki, yaxın illərin acı təcrübəsi belə deməyə əsas verir: "Əgər Milli Şura bir nəfərin ideyasıdırsa və müəyyən siyasi qüvvələr də həmin quruma qeyd-şərtsiz daxil olursa, deməli onun da bir nəfər rəhbəri olacaq. Heç kimə də sirr deyil ki, bu Rüstəm İbrahimbəyovdur".  Sərdar Cəlaloğlu Milli Şurada vahid namizəd məsələsi istiqamətində partiyalararası ziddiyətlərin meydana çıxacağını da istisna etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00