“Münaqişənin həlli üçün ikinci müharibənin başlaması Ermənistanın maraqlarını əks etdirmir” - AÇIQLAMA
Ərəstun Oruclu: “ATƏT rəsmilərinin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla İrəvan arasında intensiv rabitənin yaradacağı barədə açıqlamalarının hamısı təbliğat xarakteri daşıyır”
13 İyun 2013 13:49 Siyasət"Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır və xüsusilə də Ermənistanın regionla hava əlaqəsi yaratmaq niyyəti nəticəsində partlama təhlükəsi mövcuddur. ATƏT hər iki tərəfə Ermənistan və Azərbaycan prezidentləri arasında mümkün qədər tez görüş keçirilməsi ilə bağlı təkliflərlə müraciət edib". ATƏT sədrinin dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Kiyevdə keçirilən Strateji Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İkinci Ermənistan-Azərbaycan müharibəsinin başlanması inandırıcı deyil. Ə.Oruclu qeyd etdi ki, Cənubi Qafqazda müharibənin yenidən başlaması nə regionda maraqları olan böyük dövlətlərin, nə Azərbaycanın, nə də ki, Ermənistanın istəklərinə cavab verimir: "ATƏT rəsmilərinin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla İrəvan arasında intensiv rabitənin yaradacağı barədə açıqlamalarının hamısı təbliğat xarakteri daşıyır. Digər tərəfdən ATƏT bununla Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür. Deşitsanın bu barədə açıqlamasının da başqa səbəbi yoxdur. Nə yaxın gələcəkdə, nə də ki, indiki məqamda Qarabağda hərbi əməliyyatların başlaması real deyil". ("OLAYLAR" İA)