DAK Gürcüstanda tədbirlər keçirəcək

Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyinin Gürcüstana səfəri nəzərdə tutulub. Konqresdən "OLAYLAR"-a daxil olan məlumata görə, səfər yaxın vaxtlarda baş tutacaq. Səfərdə məqsəd Gürcüstanda yaşayan soydaşlarımızla görüşmək, onların üzləşdikləri problemlərlə yaxından maraqlanmaq və həmin problemlərin həlli istiqamətində müəyyən tədbirlər həyata keçirməkdir. Səfərdə konqresin həmsədri Sabir Rüstəmxanlının da iştirak edəcəyi gözlənilir. Gürcüstana səfər edəcək DAK nümayəndə heyəti soydaşlarımızın yaşadığı bölgədə növbəti dəfə keçiriləcək Elat Mədəniyyət Günlərində də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00