"Milli Şura cəmiyyətin geniş spektrini əhatə etmir"

"Milli Şura cəmiyyətin daha geniş spektrini əhatə etsəydi, nüfuzlu ictimai-siyasi xadimlərin və digər partiya sədrlərinin qatıldığı bir qurum olsaydı, daha çox gözləntilər olardı, nəinki cəmiyyətin müəyyən kəsiminin kənarda qalması ilə", - bu sözləri Milli.Az saytının əməkdaşı ilə söhbəti zamanı Azərbaycan Demokrat Partiyasının sədr müavini Nurəddin İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycanda dəfələrlə ayrı-ayrı siyasi qurumlar yaranıb, ancaq onlar çox uzağa gedə bilməyib. Azərbaycan siyasi səhnəsində uğursuz tərəfdə qalıblar. "İndiki qurumun da qələbə çalacağını deyə bilmərəm. Müxalifətin uğur qazanması üçün müxalifətin ümumi birliyi olmalıdır ki, bu da yoxdur. Ona görə də böyük bir uğurdan danışmaq siyasi naşılıq olardı", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00