Prezident İlham Əliyev "Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında" Zaqreb Bəyannaməsini təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında" Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında" 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış Bəyannamə təsdiq edilsin".AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00