“Dostumun gəlininə aksiyada zorakılıq göstəriblər”
12 İyun 2013 13:21 SiyasətTürkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan AK Partinin yığıncağında müəyyən müddətdir ki, gizli saxlanılan hadisə haqqında danışıb.
"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir bir müddət öncə yaxın dostunun gəlininin şiddətə məruz qaldığını etiraf edib.
"Çox vacib bir yaxınımın gəlinini Nazirlər Kabinetinin ofisinin yanında yerlərdə sürüdülər, özünə və uşağına zorakılıq göstərdilər. Azadlıq, özünbümüdafiə budurmu?", - Ərdoğan bildirib.
Baş nazirin yaxınım dediyi şəxsin İstanbulda bir bələdiyyənin sədri oloduğu bildirilir. Oğlunu 3 il əvvəl evləndirən bələdiyyə sədri nikahı da özü kəsmişdi. Ərdoğan da o cütlüyün nikah mərasimində iştirak edib və şahidlərdən biri olub.
İddiaya görə, bələdiyyə sədrinin gəlini bu qorxunc hadisəni "Gezi parkı" aksiyasının şiddətləndiyi günlərdən birində yaşayıb. Nazirlər Kabinetinin binası qarşısında gecə keçirilən aksiya zamanı qadın uşağı ilə ordan keçirmiş. Etirazçılar onun qarşısını kəsərək zorakı hərəkətlər ediblər. Qadını etirazçıların əlindən qurtaran da digər aksiya iştirakçıları olub.