Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bakıya gəlib

Hasan Erbilin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur

Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Hasan Erbil Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, Hasan Erbilin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycan prezidenti İlham Əliyev, baş prokuror Zakir Qaralov və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00