Millət vəkili xəbər portalını məhkəıməyə verir
12 İyun 2013 11:57 SiyasətMilli Dirçəliş Hərəkatı partiyası "moderator.az"saytını məhkəməyə verir. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, buna səbəb saytın partiyanın sədri, millət vəkili Fərəc Quliyevin adından ekskuliziv müsahibə yaymasıdır. Bildirilir ki, qurama musahibədə millət vəkilinin adından fikirlər yazılıb: "Yazıda bütün Milli Məclis üzvləri Fərəc Quliyevin dili ilə aşağılanıb. Bildiririk ki, bu saytın əməkdaşı Gülnaz Qənbərli günorta saatlarında Fərəc Quliyevə zəng etmiş, lakin Fərəc bəy ATƏT-in məruzəçiləri ilə Milli Məclisdə görüşdə olduğunu bildirərək müsahibə vermək üçün vaxtı olmadığını bildirib. Ancaq axşam saatlarında "moderator.az"saytına baxıldıqda millət vəkilinin adından bu sayt tərəfindən fikirlər qoyuldugu məlum olub". .MDHP bu saytı məhkəməyə verəcəyini bildirməklə yanaşı həmin hadisədən təəssüfləndiyini bildirir".