Əfqan nazirin etirafı
Azərbaycan Əfqanıstana dəfələrlə qardaş yardımı göstər
11 İyun 2013 15:23 SiyasətMilli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Z.Əsgərov bildirib ki, bu cür görüşlər xalqlarımız arasında münasibətlərin inkişafı üçün bir stimuldur və əlaqələrimizin dinamikliyini daha da artırır. Birinci vitse-spiker onu da qeyd edib ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Görüşdə hər iki ölkə parlamentlərində mövcud olan dostluq qruplarının uğurlu fəaliyyətindən söhbət açılıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Daha sonra Ziyafət Əsgərov təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələrdən söhbət açdı, Azərbaycan sülhməramlılarının hal-hazırda da Əfqanıstanda xidmətdə olduğunu diqqətə çatdırıb. Əmirzai Sangi Azərbaycanın Əfqanıstana dost və qardaş olduğunu, milli-mənəvi dəyərlər, mədəniyyət baxımından xalqlarımız arasında bir çox oxşarlıqların mövcud olduğunu bildirib. Əfqan nazir Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan ölkəmizin Əfqanıstana dəfələrlə qardaş yardımı göstərdiyini diqqətə çatdırıb və buna görə öz ölkəsinin rəhbərliyi adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, hər iki ölkənin müdafiə sisteminin gücləndirilməsindən söhbət açıldı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.