Madrid klubunun katibliyi Azərbaycana gəlir
11 İyun 2013 13:39 SiyasətDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Madrid Klubunun katibliyi iyul ayında Azərbaycana gələcək. Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüşlər keçiriləcək. Səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun mayın 6-8-də Azərbaycanda təşkil etdiyi I Cənubi Qafqaz Forumunun nəticələri və növbəti fəaliyyət proqramını müzakirə etməkdir.
Qeyd edək ki, beynəlxalq əhəmiyyətli bir sıra layihələrdə birgə fəaliyyətin yaradılması, səmərəli iş birliyinin qurulması sahəsində müzakirələrin aparılması məqsədi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının bir sıra üzvlərinin də gələn ay Bakıya səfəri planlaşdırılır. Qonaqların Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərinin keçirilməsi də nəzərdə tutulub.