VİP-in Milli Şura ilə bağlı mövqeyi dəyişməyib

Vətəndaş və İnkişaf Partiyası  Mərkəzi Aparatının genişləndirilmiş iclası keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, iclasda ölkədəki ümumi vəziyyət, prezident seçkilərinə hazırılıq işləri, müxalifətdaxili proseslər və cari məsələlər müzakirə olunub. İclasda prezident seçkilərinə hazırlıq işləri çərçivəsində qəbul edilmiş qrafik əsasında həyata keçirilən fəaliyyət dəyərləndirilib, VİP-in prezidentliyə namizədi Əli Əliyevin Seçki Qərargahının strukturu müzakirə olunaraq təsdiqlənib. VİP Mərkəzi Aparatı yaxın müddətdə partiyanın dairə təşkilatları sədrlərinin iştirakı ilə geniş seçki müşavirəsinin keçirilməsini məqsədəuyğun sayıb. Toplantıda prezident seçkilərinə  qısa müddət qaldığı bir dönəmdə müxalifət daxilində cərəyan edən proseslərin böyük və dayanıqlı birliyin yaradılması ilə nəticələnməməsindən təəssüf ifadə olunub. Bu məsələnin müzakirəsi zamanı ötən həftə təsis olunmuş Milli Şuraya münasibət də bildirilib və VİP-in həmin qurumla bağlı mövqeyinin dəyişmədiyi diqətə çatdırılıb. Müzakirəyə qatılanlar Milli Şuranın Rusiyanın Azərbaycana təzyiq xarakterli siyasi layihəsi olduğunu bir daha önə çəkərək, bu avantüranın baş tutmaması üçün səy göstərilməsinin vacibliyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00