ADP Ermənistanın məhkəməyə verilməsini istəyir

Azərbaycan Demokrat Partiyası Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dovlət Komitəsinin işğal olunmuş ərazilərimizdə, talan edilən, dağıdılan, milli, mədəni və maddi sərvətlərimizin kompensasiya edilməsi ilə bağlı Ermənistanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı təşəbbüsünü təqdir edib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, demokratlarölkə ictimaiyyətini bu təşəbbüsə dəstək verməyə çağırıb. Partiya ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Ermənistanı qazla təchiz etmək barədə səsləndirdiyi bəyanata da münasibət bildirib. Qeyd edilib ki, Ermənistanın Türkiyə və Azərbaycana olan ərazi iddialarından geri çəkilər, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı razılaşmaya imza atar, həmçinin ötən illər ərzində dövlətimizə vurduğu maddi və mənəvi ziyanları ödəməyi boynuna götürərsə nəinki onların qazla təchizatı, eləcə də bu ölkənin dirçədilməsinə xidmət edən bir çox proyektlərdə iştirakı təmin oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00