Azərbaycan tarixinə dastan yazan PREZİDENTİM!- Züleyxa Nadir yazır

Züleyxa  Nadir

Nə tez 60 oldu, PAŞAM?! İllər bu qədərmi sürətlə keçdi?! Siz mənim üçün hələ də 20-25 il əvvəlin gəncisiniz. 2003-cü ilin gənc prezidenti - dünyanın ən yaraşıqlı, ən cavan, üzündə çox gözəl təbəssüm gəzdirən ölkə rəhbərisiniz. Amma yox... həyat amansızdı. O, Sizi də aldadıb alnınıza 60 yazdı. O, 18-20 il əvvəlin cavan prezidentini həyatın amansız dolanbaclarından keçirdi, ömrün sərt yollarında sınadı, taleyin ən qəliz dönəmində imtahana çəkdi və... Siz bütün bunlardan alnı açıq, başı uca, qaməti dik çıxdınız. Siz amansız həyatla savaşda QALİB oldunuz. Siz tarixin QALİB SƏRKƏRDƏSİ kimi yaddaşlara hopdunuz.

Siz bu gün prezident taleyinizin uca şərəfini, toxunulmaz qürurunu 60-ın alnına yazdınız. Bir il öncə ötənlərin ağrı-acısına dəmir yumruğunuzla ZƏFƏR adlı zərbə vurdunuz. Bu zərbə Azərbaycan xalqının son 30 illik tarixinə qızıl hərflərlə yazılmış DASTAN oldu. Bu ZƏFƏR DASTANı Sizin qətiyyətinizin, dəyanətinizin, cəsarətinizin və doğru siyasətinizin təcəssümüdü...

PAŞAM, 60 keçmişlə bu günün üz-üzə gəldiyi bir yaşdı. 60 məhəbbətin şəfqətə və mərhəmətə, eləcə də humanist duyğuların çoxalmasına səbəb olan bir yaşdı. Siz bu yaşantıları Azərbaycan xalqına göstərdiniz. Taleyinizin son 18 illik dönəmindəki yaşantılar hər birimizin gözü önündə oldu. Bizimlə sevindiniz, bizimlə gülüb ağladınız. "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam" vədinizə əməl etdiniz.

Hər il doğum gününüzü yurd - yuvalarından köçkün düşmüş qəlbi sınıq, gözləri nəmli və qəmli insanların yanında qeyd etdiniz. Nə böyük ürək sahibisiniz! Belə ürək hər ölkə başçısında yoxdu. Nə xoş Sizə ki, bu gün doğum gününüzdə köçkün, qaçqın çadırlarına gedib çarəsiz gözlərlə üz-üzə dayanmırsınız. Yubiley yaşınızı isti evinizdə, doğma ocağınızda qeyd edirsiniz...

Qalib SƏRKƏRDƏm, Vətən sevgisi ilə yoğrulmuş hiss və duyğularınız 44 günlük bir dönəmdə dünyaya hayqırdı: Qarabağ Azərbaycandı! Siz təkcə düşmənə deyil, onun havadarlarına da sübut etdiniz ki, bu millət alnına vurulan ləkə ilə yaşaya bilməz. Siz o məğlubiyyət damğasını şəhidlərin qanı, qazilərin yarası ilə sildiniz. Xalqa arxalandınız, orduya güvəndiniz. 44 günlük dövlət -xalq - ordu birliyi Sizin dəmir yumruğunuza dönüb düşmənin başını əzdi. Belə sarsılmaz birlik indiyə kimi Azırbaycan tarixində olmanışdı.

Sevimli prezidentim, 60 dopdolu bir ömür, 60 min yaşanmış öyüd, başı göylərə yüksələn söyüddü. Amma sizin 60-ınız Günəşdən nur alan uca qamətli çinar oldu.

Cənab Ali Baş Komandanım, 60 parlaq işıqdı. Sizin işığınız Azərbaycan xalqının ürəyini isitdi, millətin hərarətini artırdı. İşığınız sönməsin, PAŞAM! Qalan ömrünüz də bu işığın nuruna boyansın.

Doğum gününüz mübarək olsun, mənim 60 yaşlı cavan, sağlam, oturuşu, duruşu, davranışı, siyasi iradəsi və qətiyyəti ilə dünyaya meydan oxuyan, Azərbaycan tarixinə dastan yazan PREZİDENTİM!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31