Fransadakı prezident seçkiləri İrəvandan start götürür

2022-ci il aprelin 10-da Fransada növbəti prezident seşkiləri keçiriləcəkdir. Dekabr ayına olan məlumata görə artıq 40-a yaxın Fransa siyasətçisi prezident seçkilərində iştirak edəcəyini bu və ya digər formada bəyan etmişdir. Bu kiçik yazıda seçkilərdə prezidentliyə namizədliklərini bildirmiş  4 namizəd haqqında fikirlərimi bölüşmək istədim. Hazırda seçki yarışında ən yüksək reytinqə malik olan indiki prezident Emanuel Makronun erməni sevdası barədə Azərbaycanda və bizimlə dost ölkələrdə hər kəs xəbərdardır. Prezdentliyi dövründə dəfələlərlə Ermənistana səfər edən, Ermənistan rəhbərlərini Yelisey sarayında qəbul edən Makronun bu sevdası 44 günlük Vətən Müharibəsində özünü daha qabarıq şəkildə nümayiş etdirdi. Ermənistanı açıq müdafiyəyə qalxmış Makron nə qədər cəhd etsə də heçnəyə nail ola bilmədi. Etnik mənşəyinin erməni olduğu bildirilən Makron, dəqiq vaxtını bildirməsə də Fransadakı erməni diasporunun təşkilatşılığı ilə prezident seçkiləri ərəfəsi Ermənistana səfər edəcəyini artıq bildirmişdir.

Yarışmada 3-cü yerdə gedən, əlcəzairli, milliyətcə yəhudi, siyasətçi, jurnalist, yazıçı, "Rekonkista" partiyasının lideri Erik Zemmur əvvəllər erməni sevdalısı olmasa da Fransa ermənilərinin seçkilərdə dəstəyinə ümid edərək bu məsələdə  rəqiblərini qabaqlamış  və  artıq Ermənistana səfər edərək, Yerevandakı Erablurda 44 günlük müharibədə ordumuz tərəfindən məhv edilmiş ermənilərin qəbrlərini ziyarət etmişdir.

Reytinqdə ikinci olan Fransa respublikaçılarının namizədi Valeri Pekress isə ermənilərə olan sevgisini daha nümayişkəranə şəkildə təqdim edərək, nəinki İrəvana, hətta nüfuzlu nümayəndə heyətilə gizli şəkildə Xankəndinə (Stepanakertə) gələrək, buradakı erməni separatçılarının nümayəndələri ilə görüşlər keçirmişdir.(Valeri Pekressin Xankəndinə qeyri - qanuni səfəri ilə bağlı Azərbaycan hökuməti artıq onu arzuolunmaz şəxs elan edərək, bu barədə Fransa hökumətinə nota göndərmişdir. Bununla yanaşı hesab edirəm ki, bu səfərlə əlaqədar Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi də sorğuya çəkilməlidir.  Eyni zamanda bu hadisə Laçın dəhlizində, Ermənistanla sərhəddə sərhəd -keçid məntəqəsinin qurulmasını və buraya Azərbaycanın nəzarətinin təmin edilməsini bir daha gündəliyə gətirmiş oldu.)

2012-ci idə keçirilən prezident seçkilərində 3-cü, 2017-ci ildə keçirilən seçkilərdə isə ikinci nəticə gpöstərmiş Fransa siyasətçisi Marin Le Pen isə hələlik İrəvana səfər barədə bir söz deməsə də, ermənilərə olan sevgisini bundan əvvəl keçirilən seçkilərdə açıq şəkildə bildirmişdi. Görünən budur ki, Fransada gələn ilin aprelində keçiriləcək prezident seşkiləri İrəvandan start götürəcək, namizədlərin hamısının marafonu İrəvandakı Erablur qəbirstanlığından başlayacaqdır.

Bütün bunlar onu deməyə əsas verir ki, həmişə demokratiyadan, tərəfsizlikdən dəm vuran 66 milyonluq Fransa, cəmi - cümlətanı 600 minlik erməni diasporunun əlində acız duruma düşməklə, onların əlində oyuncağa çevrilmişdir.Təbii ki, seşki öncəsi namizədlərin bu və buna oxşar hərəkətləri, verdiyi vədlər Fransadakı erməni seçicilərinin səsini qazanmağa hesablanmışdır və sonradan vəd olaraq qalacaqdır. Lakin  Avropanın bir aparıcı dövləti və bu dövlətin aparıcı siyasasətçilərinin erməni sevdası gülünc qarışıq ikrah doğurur.

    Ramiz Göyüşov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31