Emoməli Rəhmon Prezident İlham Əliyevə telefonla zəng edib
24 Dekabr 2021 12:50 SiyasətDekabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
OLaylar.az bildirir ki, Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31