Azərbaycan diasporunun İLHAM mənbəyi- Yəhya Babanlı yazır
24 Dekabr 2021 12:36 Siyasət(60 yaşda 60 milyona yetən Prezident)
O, dövləti cismən mənimsəyənlərə dərs verdi, göstərdi ki, bu ən müqəddəs təsisatdır və onun ruhu xalqa məxsusdur.
O, forma və məzmunun harmoniyasından yaranan unikal dövlət idarəçiliyi metodu yaratdı.
O, fiziki və mənəvi inkişafın birlikdə yüksəldiyi vətəndaş cəmiyyəti formalaşdıra bildi. Mübaliğəsiz və müzakirəsiz dəst-xətt, iz qoydu.
Azərbaycançılıq nüvəsinin həyati vacib əhəmiyyət daşıdığını anlatdı - hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaratdı, ayrı-ayrı reaksiyalar ardıcıllığını təmin edən zəncirvari reaksiyaya girən mükəmməl institusional quruculuq mərhələsi başlatdı.
Nəticədə, indi məğlubiyyət sindromundan çıxaraq qalibiyyət marşı ilə yürüyən yeni nəsil azərbaycanlılar ordusu vardır, mütərəqqi Azərbaycan modeli mövcuddur.
İlham Əliyev fenomeninin həyat və fəaliyyət formuluna baxdıqda layiqli varislik, nümunəvi dövlətçilik, böyük xalqçılıq, vahid ideologiya, müdrik praqmatizm və dəmir prinsipalizmi aydın şəkildə görə bilirik. Bunların bariz təzahürü kimi, onun sözü və əməlinin vəhdətindən doğan sadə həqiqətlərə nəzər-diqqət yetirsək kifayətdir.
Təkrarolunmaz Prezident obrazı ilə dünyada öz imzasını təsdiq edə bildi. Azərbaycanın yeni dünya nizamında yeri və rolunu artırdı. Bir dövlət olaraq regionda arbitra, beynəlxalq münasibət sistemində aparıcı aktora çevirdi.
Azərbaycan tarixində ilk dəfə xalq və lider birliyi bu qədər güclü qüvvəyə çevrildi. Bu xüsusda, dünya azərbaycanlılarının həmrəyliyi ən yüksək dərəcədə təcəlli etdi.
Bütün bunlar publik diplomatiyamıza - Azərbaycan diasporunun inkişafı üçün İlham mənbəyi oldu.
Prezident İlham Əliyev öz məramı və qətiyyəti ilə Azərbaycan genefonduna sahib çıxaraq, xaricdə yaşayan və məskunlaşan təkcə birinci nəsil azərbaycanlılara deyil, həmçinin ulu əcdadlarının azərbaycana bağlılığına da fikir verərək bütöv bir etnosa diqqət və qayğısını əsirgəmir.
Məsələn, ATƏT- in Bakı Ofisinin Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin - Azərbaycanda tanınmış Şahtaxtinski nəslinin nümayəndəsinin ədalətli münasibətinə görə haqsız yerə işdən çıxarılması ilə əlaqədar mövqeyi buna dəyərli sübutdur.
Onun dövlət idarəçiliyi fəlsəfəsinə Dünya azərbaycanlıları - Azərbaycan diasporu kontekstində yanaşsaq, baxış bucağının möhtəşəmliyinin şahidi olarıq. İlham Əliyev:
1. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm".
2. "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan".
3. "Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
4. "Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik".
5. "Yəni, budur reallıq. ...Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, Ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları adından bizim qəhrəman hərbçilərimizi salamlayaq. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!".
6. "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Məhz zəngin həyat və fəaliyyətində yalnız 6 bənddən ibarət sadaladığımız bu həssas və sərrast məqamları ali dövləti vəzifədə gerçəkliyə çevirən - 60 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fövqəladə şəxsiyyət - əvəzolunmaz dövlət xadimi olduğuna dəlalət edən ən ümdə amillər sırasındadır.
O, ən həyacanlı anlarında, səfərbərlik dönəmində belə öz missiyasını - Ata nəsiyyətini və vəsiyyətini unutmadı, sələfinə layiqli xələf olduğunu isbat edə bildi. Dahi Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə bö¬yük ümidlər bəsləyirəm" uzaqgörənliklə söylədiyi fikirləri doğrultdu.
Hazırda hardasa 60 milyona çatan bütöv bir xalqı məğrur qıldı, gənc yaşda - müstəqilliyinin 29-cu ildönümündə Azərbaycan Respublikasını qalib ölkə statusu qazandırdı. Həmrəyliklə Zəfərə - yeni doğuluş, dirçəliş və qurtuluşa nail olundu.
"Gözün aydın, Azərbaycan! Gözün aydın, dünya azərbaycanlıları!".
Yəhya Babanlı
Tarix üzrə fəlsəfə doktoru,
Diaspor məsələləri üzrə ekspert