Türkiyə səfirliyi qarşısında aksiya keçiriləcək
10 İyun 2013 14:20 SiyasətYaxın günlərdə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli deyib ki, "Türkiyə dövlətinə dəstək" adlı aksiya son vaxtlar bu ölkədə baş verən hadisələrlə əlaqədar təşkil olunacaq: "İndiki məqamda Türkiyədə baş verən xoşagəlməz proseslər və Türkiyə dövlətinin zəfiləməsi Azərbaycan üçün də mənfi nəticələrə gətirib çıxarar. Ona görə də BDM olaraq Türkiyənin ölkəmizdəki səfirliyi qarşısında dəstək aksiyası keçirməyi düşünürük. Onu da qeyd edim ki, bu aksiya Ərdoğan hökumətinə yox, Türkiyə hökumətinə dəstək aksiyasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00