Kipr prezidenti aksiyaçıları Ərdoğana qarşı qızışdırır?

"Cənubi Kipr Türk Respublikası ilə Türkiyə arasında sərinlik yaranıb". Belə bir açıqlama ilə CKTR prezidenti Dərviş Əroğlu çıxış edib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, rəsmi Ankara ilə Kipr arasında danışıqlar prosesinə ara verilib və Türkiyə Kipr istiqamətində beynəlxalq arenada aktiv deyil: "Bir müddət qabaq isə müəyyən mənada fəallıq hiss olunurdu, Ankara "Annan" planı da qəbul etmişdi. Ancaq referendumda yunan tərəfi buna razılıq vermədiyindən həll olunmadı. Ondan sonra Ankaranın bu məsələyə marağı da xeyli azaldı. Digər tərəfdən həm Qərb və dünya ictimaiyyətindən Kiprə qarşı təzyiqlərinə Ankara tərəfindən reaksiya bildirilmir. Bu amil Kipr hökumətini narahat edir, ona görə də rəsmi Ankaraya mesaj göndərir ki, Ərdoğan CKTR mövzusunda fəallaşmasa vəziyyət daha da gərginləşə bilər. Türkiyənin passivliyinə görə Dərviş Əroğlu təhlükəli işə girişə bilər. Əroğlunun mesajı İstanbulda Ərdoğan hökumətinə qarşı başlayan mitinqlərə dəstək xarakterinə sahibdir. Kipr prezidenti bu cür açıqlamalarla etirazçıları Ərdoğana qarşı bir az da qızışdırmağa çalışır. Əgər Əroğlunun mesajı həqiqətən də Ərdoğanın əleyhinə yönəlibsə, bunun qarşılığında Türkiyə Baş nazirininin Kipr hökumətinə reaksiyası çox sərt olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00