Oqtay Əsədovun Türkiyəyə səfəri başlanır
10 İyun 2013 13:51 SiyasətMilli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş 4-cü plenar iclasda iştirak etmək üçün bu gün Ankaraya yola düşür. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyəti təşkilatın plenar iclasında və sessiyalarda iştirak edəcək. O.Əsədov qurumun plenar iclasında çıxış edərək təşkilatın bu günü və gələcək fəaliyyət istiqamətləri barəsində öz fikirlərini açıqlayacaq. Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.Tədbir çərçivəsində TürkPA-ya üzv dövlətlərin parlamentlərinin aparat rəhbərlərinin görüşü də planlaşdırılır. Görüşdə təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə ediləcək. Səfər iyunun 11-də başa çatacaq.