Azərbaycan Respublikasında yaşayan iranlılar prezident seçkilərində səs verməyə dəvət olunurlar
10 İyun 2013 13:15 Siyasətİran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycan Respublikasında yaşayan və bu ölkəyə səfər edən iranlıların İran İslam Respublikasının 11-ci dövr prezident seçkilərində səs verməsini təmin etməyə hazır olduğunu bildirmişdir.
Səfirliyin Mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi bu xəbəri elan edərək Azərbaycan Respublikasında yaşayan iranlıları 14 iyun 2013-cü il tarixində səhər saat 8:00-dan saat 18:00-a qədər Səfirliyin ikinci korpusunda (Konsulluq şöbəsi) keçiriləcək prezident seçkilərində iştirak etməyə dəvət etdi. Onun sözlərinə görə səsvermə üçün pasport və ya kimlik lazımdır.
İran İslam Respublikasının 11-ci dövr prezident seçkiləri 14 iyun 2013-cü il tarixində keçiriləcəkdir.
Ünvan: İran İslam Respublikasının Səfirliyi, Bakı Şəhəri, Şərifzadə 17 Tel:4341976