Nazir yüksək rütbəli polisə yeni VƏZİFƏ VERDİ

Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad edilib.

Olaylar.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Bayram İsmayılov Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad olunub. Digər əmrlə ona həmin şöbənin xidmət üzrə rəis müavini vəzifəsi verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31