Minsk qrupunun vasitəçiliyinə hansı statusla ehtiyac duyula bilər?
8 Dekabr 2021 15:40 Siyasət"BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistandan orada azərbaycanlılara qarşı diskriminasiyaya son qoymağı tələb edərək bununla bağlı qərar çıxardı. Taleyin istehzasına baxın ki, bu qərar o torpaqların aborigen xalqı olan azərbaycanlıların sonuncu etnik təmizləməylə üzləşmələrinin 33-cü ildönümündə baş verdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Əlavə edib ki, indi Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur, amma olmaldır: "Biz BMT-nin Beynəlxalq Məhkəməsinin bu qərarına da istinad etməklə öz dədə-baba yurd yerlərimizə qayıtmalıyıq. Hansı statusla? Bax, burada Minsk qrupunun vasitəçiliyinə ehtiyac duyula bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31