Deputat Sadiq Qurbanov beynəlxalq konfransda çıxış edib

Bu gün Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) təşkilatının iqlim dəyişikliyinə həsr olunan "Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda xüsusi onlayn konfransı keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Sadiq Qurbanovun sözlərinə görə, konfrans çərçivəsində 2 sessiyada məruzələr olub. Birinci sessiya "Xalis sıfır"a çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi; ikinci sessiya isə "Xalis sıfır"a çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi mövzularına həsr olunub. Millət vəkili Sadiq Qurbanov konfransda  "İqlim dəyişmələri ilə mübarizədə dövlət-özəl sektor arasında tərəfdaşlığın rolu"mövzusunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31