ABŞ-dan Azərbaycan və Türkiyəyə qarşı daha bir qərəz

"ABŞ-da  Beynəlxalq Din Azadlığı Komissiyası deyilən öz adıyla çağırmalı olsaq, yaramaz bir qurum var, Dövlət Departamentinə bağlıdır.  Bu qurum  Azərbaycanla Türkiyəni din azadlığının təhlükə altında olduğu  ölkələr kimi təqdim edir. Və bununla bağlı hesabatda görün nə yazılır, yazılır ki, Türkiədə hayların irisinə qarşı ögey yanaşma var, onların  əleyhinə yönələn hərəkət və etirazlar isə Qarabağda hərbi gərginliyi daha da artırıb". Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  bunların məntiqiylə 44 günlük savaş ona görə baş verməyib ki, Azərbaycan torpaqları işğal altında idi. Ona görə baş verib ki, Azərbaycanla Türkiyədə başqa dindən olanları həzm etmirlər və məhz elə o səbəbdən hər iki ölkədə hayları sevmirlərmiş: "Bizlə bağlı hər cümləsindən böhtan tökülən  bu yanaşma açığı məni heç də təəccübləndirmədi. Bilirsiniz niyə? Dünən qərbdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə sivilizasialararsı qarşıdırma bucağında yanaşmayan azsaylı jurnalistlərdən birinin- Tomas Qoltsun  xatırlatması diqqətimi çəkdi. Orada bildirilirlir ki, Ermənistanda birinci Qarabağ savaşı zamanı əsir götürülən azərbaycanlılarla çox vəhşicəsinə davranırdılar. Onlardan 8 nəfərini   İrəvanda birdən güllələmişdilər. "The Washington Post" qəzeti ATƏT komissiyasının üzvlərindən birindən azərbaycanlı əsirlərə qarşı  bu cür vəhşicəsinə davranışa niyə son qoyulmadığını soruşunda isə cavab belə olub: "Ölü azərbaycanlılara görə səs-küy qaldırmaq Vaşinqtondakı siyasətçilərə sərfəli deyil"...  Bax, Beynəlxalq Din Azadlığı Komissiyasındakıların əksəriyyəti həmən zehniyyətin daşıyıcılarıdırlar. Ona görə də gərək son 30 ildə gedən proseslərdən o qədər xəbərsiz və sadəlöhv olsan ki, onlardan obyektiv nəsə gözləyəsən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31