“Elçibəyin namizədliyini qəbul etməyən İsa Qəmbərin Rüstəm İbrahimbəyova güzəştə gedəcəyi qeyri-mümkündür” - AÇIQLAMA

"Mən inanmıram ki, İsa Qəmbər 70 yaşlı qoca və heç vaxtı siyasətlə məşqul olmayan, dövlət idarəçilyində heç bir təcrübə qazanmayan şəxsə güzəşt etsin".  Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki,  artıq Milli Şurada ciddi problemlərin meydana çıxdığı göz qabağındadır və bunu heç kim inkar edə bilməz: "Bilirsiniz ki, Müsavat Partiyasının rəhbər şəxsləri Rauf Arlfoğlu, Arif Hacılı , Pənah Hüseyn və digərləri Milli Şuraya qoşulmayacağını bildiriblər. Bu da Milli Şurada ciddi problemlərin yarandığını təsdiqləyir". BAXCP rəsmisi deyib ki,  Əbülfəz Elçibəyin vahid namizədliyini qəbul etməyən İsa Qəmbərin Rüstəm İbrahimbəyova güzəştə gedəcəyi qeyri-mümkündür: "Baxmayaraq ki, Əbülfəz bəyin özü İsa Qəmbərə müraciət etmişdi. Lakin İsa Qəmbər heç bir halda onun namizədliyini qəbul etmədi. İnanmıram ki, bir vaxtlar Elçibəyin namizədliyini qəbul etməyən İsa Qəmbər indi Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00