Putin Modiylə görüşündə narahat olduğu məsələni açıqladı

Hindistanın Baş naziri Narendra Modi ilə görüşən Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətdən narahatlığını bildirib.

Olaylar.az xəbər verir ki, Putin xüsusilə bu narahatlığının terrorizm və narkotiklə bağlı olduğunu deyib. 

"Biz, şübhəsiz ki, terrorizm və onunla mübarizə ilə bağlı hər şeydən narahatıq. Həmçinin, narkotiklər, mütəşəkkil cinayətkarlıqla bağlı... Bu baxımdan, Əfqanıstandakı vəziyyət və onun necə inkişaf etməsi bizi narahat etməyə bilməz", - deyə Putin qeyd edib. 

Mənbə:  qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31