Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün: 10 dekabr-Zəfər paradı

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər paradının ildönümü ərəfəsindədir. 2020-ci il, dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan Ordusunun, onun Ali Baş Komandanının gücünün, qüdrətinin dünyaya nümayişi idi. Hansı ki, Ali Baş Komandan dəfələrlə Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etmək qabiliyyətində olduğunu bildirmiş, lain sülh, diaoloq tərəfdarı olduğu, müharibə istəmədiyi üçün güc amilinə üstünıük verilmədiyini bəyan etmişdi. Eyni zamanda dövlət başçısı səbrimizin tükəndiyini, bu problemin sonsuza qədər davam edə bilməyəcəyini həm işğalçıya, həm də ona havadarlıq edən dövlətlərə, beynəlxalq aləmə, dünya birliyinə çatdırmışdı. Lakin təəssüflər olsun ki, nə işğalçı Ermənistan, nə də dünya birliyi Azərbaycan dövlətinin, onun rəhbərliyinin bu ismarıclarından nəticə çıxarmadı. Bu da nəticə etibarilə 44 günlük Vətən müharibəsini qaçılmaz etdi. 2020-ci il, sentyabrın 27-də Ermənistan cəbhə xəttində növbəti təxribat törədərək İkinci Qarabağ müharibəsinin başlamasına rəvac verdi. 44 gün davam edən İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun böyük fədakarlıq və döyüş qabiliyyəti göstərərək işğal altında olan ərazilərimizi düşməndən azad etməsi ilə başa çatdı. 2020-ci il, dekabr ayının 10-da isə Azadlıq meydanında tarixi zəfərimizi, İkinci Qarabağ müharibəsində qələbəmizi bütün dünyaya duyuran, onu özündə ehtiva edən Zəfər paradı keçirildi.

Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli 1 ili tamam olan Zəfər paradı barədə düşüncələrini bölüşərkən bildirib ki, sözügedən parad öz-özlyündə bir neçə mühüm məqamları ilə yadda qaldı: "Həmin vaxta qədər Azadlıq meydanı bir çox paradlara şahidlik etmişdi. Ancaq bu dəfəki parada tamamilə başqa idi. Əgər əvvəlki paradlarla Azərbaycan dövləti, ordusu öz gücünü, hərbi qüdrətini nümayiş etdirərək torpaqlarını işğaldan azad etmək gücünə, qüdrətinə malik olduğunu göstərirdisə, 10 dekabr paradı ilə artıq həmin güc, qüdrəti reallaşdırdığını və qələbə qazandığını sübuta yetirdi. Əgər əvvəlki paradlarda sonda torpaqlarımızın işğaldan azad edilməsi arzusu səslənirdisə, 10 dekabr Zəfər paradında düşməndən azad edilmiş ərazilərimizdə, şəhər və rayonlarımızda tzliklə canlanma yaranması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması istəkləri dilə gətirildi. Eyni zamanda buna əminlik ifadə edildi. Elə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Zəfər paradında çıxışı zamanı da bu fikirlər öz əksini tapdı. Paradda çıxışı zamanı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əminliklə bildirdi ki,  bundan sonra Azərbaycan yalnız inkişaf edəcək: "Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik". Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində işğaldan azad edilən şəhər və rayonlarımızda həyata keçirlən geniş miqyaslı quruculuq-abadlıq işləri dövlət başçısının söylədiyi fikirlərin əməldə təsdiqidir".

MVP rəsmisi onu da qeyd edib ki, Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış həmin hadisəni əlamətdar edən digər mühüm məqam Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştiak etməsi oldu: "Cənab Rəcəb Tayyib Ərdoğanın 10 dekabr Zəfər paradında iştirak etməsi bir daha dünyaya onu bəyan edirdi ki, Azərbaycan və Türkiyə daim birlikdədir, birgə addımlayır. Dar, çətin günlərdə olduğu kimi xoş, sevincli günlərdə də iki qardaş ölkə bir-birinin yanında yer alır.. İkinci Qarabağ müharibəsində tarixi zəfərə qədər Azərbaycanın yanında yer alan qardaş Türkiyə Zəfər paradını da Azərbaycanla birlikdə qeyd etdi. Bu həm də dünyaya Türkiyə-Azərbaycan qardaşlığının bir daha nümayişi idi".

MVP-nin sədr müavini deyib ki, 10 dekabr Zəfər paradında yadda qalan maraqlı məqamlardan biri də 44 günlük Vətən müharibəsində qənimət kimi ələ keçirilən düşmən texnikasının nümayişi oldu: "Qeyd edim ki, zaman-zaman erməni rəsmiləri, bu ölkənin terrorçu, quldur generalları Azərbaycanın müharibəyə başlayacağı təqdirdə erməni tanklarının Bakıda dayanacağını, yəni Bakının da Ermənistan tərəfindən işğal ediləcəyini sərsəmləyirdilər. Düzdür, erməni təxribatı nəticəsində müharibə başladı və erməni tankları Bakıda dayandı. Ancaq hərbi qənimət kimi". 

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31