Karl Nehammer Avstriyanın yeni kansleri olacaq
3 Dekabr 2021 14:42 SiyasətKarl Nehammer Avstriya Xalq Partiyasına rəhbərlik edəcək və ölkənin yeni kansleri olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Krone" qəzeti öz saytında məlumat yayıb.
Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri kimi onu keçmiş daxili işlər naziri Ernst Ştrasserin keçmiş mətbuat katibi Gerhard Karner əvəz edəcək.
Bu ərəfədə Avstriyanın maliyyə naziri və Avstriya Xalq Partiyasının rəhbəri Qernot Blumel istefa verdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31