Məhkəmə hakimləri ilə bağlı layihə I oxunuşdan keçdi
3 Dekabr 2021 14:30 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
"Olaylar" xəbər verir ki, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31