MMP: «Məqsədləri ölkədə siyasi sabitliyi pozmaqdır»
3 Dekabr 2021 11:47 Siyasət"Müasir Müsavat Partiyası olaraq hesab edirik ki, Fəvvarələr Meydanında keçirilən aksiyada muxalifətçi, Birinci Qarabağ müharibəsinin qazisi Tofiq Yaqubluya qarşı bu cür əxlaqsız, zorakı hərəkət Azərbaycan xalqına, dövlətinə qarşı hərəkətlərdir. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəyə kölgə salmaq istəyən qüvvələr öz özbaşınalıqlarını davam etdirirlər. Dövlətçiliyimizə qarşı yönələn bu böyük təxribatların arxasında heç şübhəsiz ki, "5-ci kolon"un nümayəndələri durur. Məqsədləri ölkədə siyasi sabitliyi pozmaqdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Müsair Müsavat Partiyasının yaymış olduğu bəyanatda əksini tapıb. Bəyanatda qeyd edilib ki, Azərbaycanın dünyanın demokratik dövlətləri arasında nüfuzdan salınmasına hesablanmış məlum təxribatın məhz 30 noyabrda baş verən helikopter qəzasından sonra aksiya zamanı həyata keçirilməsi müəmmalar doğurur: "Prezidentin gözlənilən Brüsell səfəri ərəfəsində bu cür çirkin hadisələrin törədilməsi qəbuledilməzdir. Biz MMP olaraq bu günə qədər Azərbaycan dövlətçiliyini müdafiə etmişik, bundan sonra da dövlətçiliyə qarşı atılan bütün xəyanətkar hərəkətləri ifşa edəcəyik. Biz aksiyada baş verənləri qətiyyətlə pisləyir, bu cür halların təkrarlanmamasını arzu edirik".