"Ədalətli sülh olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur"- Hikmət Hacıyev

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mediaya açıqlamasında bildirib.
Regionda sülh təmin olunandan sonra möhtərəm cənab prezidentin və Azərbaycan hökümətinin atdığı ilk addımlardan biri Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi və mədəniyyətin inkişafı üçün yeni bir şəraitin yaradılmasından ibarət olub. Bu xüsusda Şuşa şəhərində keçirilmiş "Xarıbülbül" festivalını və digər mədəni tədbirləri qeyd edə bilərik. Ona görə də ədalətli sülh olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur. Hesab edirik ki, bu uğurlu konsepsiya dünya miqyasında sülhün inkişafına da təsir edəcək və Azərbaycan Respublikasının indiyə qədər təşəbbüskarı olduğu "Bakı Prosesi" sivilizasiyaları konsepsiyasına ahəngli bir şəkildə, digər çərçivələrdə də regional və qlobal səviyyədə sülhün ədalətli möhkəmlənməsinə zərurət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31