Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır - Prezidentin köməkçisi

Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır, çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır.

Olaylar.az-ın məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

H.Hacıyev bildirib ki, bu saxta xəbərlər Ermənistanın daxilində gedən proseslərlə bağlıdır.

"Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və bu qəbildən olan məlumatlar atılmaqdadır" - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31