Avstraliya Azərbaycana başsağlığı verdi

Avstraliyanın Türkiyədə, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiri Maylz Armitac Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
 

Olaylar.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.

"Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirəm", - paylaşımda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31