Britaniya səfiri Tərtərə gedib - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub.

Olaylar.az bildirir ki, bu barədə o, "Twitter" hesabında paylaşım edib.

"Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə gözəl səfər etdim və cəsur azərbaycanlı mina təmizləyənlərlə görüşməkdən şərəf duydum", - deyə paylaşımda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31