Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
30 Noyabr 2021 20:31 SiyasətBöyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Səfir bu barədə "Twitter"də paylaşım edib.
"Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31