İsrail səfiri Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Corc Dik hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq", - deyə səfir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31