Prezident helikopter qəzası ilə bağlı başsağlığı verib
30 Noyabr 2021 16:24 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Olaylar.az-ın məlumatına görə, başsağlığında deyilir:
"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31