Türkiyə Azərbaycana başsağlığı verdi

Türkiyənin Xarici İşlər və Milli Müdafiə Nazirlikləri Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Olaylar.az xəbər verir ki, nazirliklərin tvitter hesabında yayımlanan paylaşımda deyilir: "Qardaş ölkə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladıq. Bu faciəvi hadisədə həyatını itirən şəhidlərimizə rəhmət, yaralılara şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik", - deyə Türkiyə XİN-in tvitter paylaşımında qeyd olunub.

Türkiyə MMN-in tvitter hesabındakı paylaşımda da Xızı rayonunun Qaraheybət poliqonunda təlim uçuşu edərkən baş vermiş helikopter qəzasında həyatını itirənlərlə bağlı kədərini ifadə edib.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31